"O, hamımızı axmaq hesab edir, hətta yalanlarına inanır"

La Liqanın rəhbəri Xavyer Tebas PSJ-nin prezidenti ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, funksioner Paris təmsilçisinin rəhbərliyi barəsində məsələyə belə münasibət bildirib:

"Əl-Xelaifi başqa səviyyədədir! O, hamımızı axmaq hesab edir, hətta yalanlarına inanır. Çox təkəbbürlü insandır! Biz heç kəsi aldatmadan davamlı futbol uğrunda mübarizəyə davam edəcəyik".

Qeyd edək ki, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi "Marca"ya açıqlamasında, "Real"ın Mbappeyə etdiyi təklif bizimkindən daha yüksəkdi" deyərək diqqətləri üzərinə cəlb etmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right