Super Liqa klubu Portuqaliya millisinin üzvünü transfer etdi

"Adana Demirspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi "Real Sosyedad"ın müdafiəçisi Kevin Rodrigesi transfer edib. Futbolçu ilə 3 illik sözləşmə imzalanıb.

28 yaşlı oyunçu Portuqaliya millisində 3 matç keçirib.

2016-cı ildən "Real Sosyedad"da çıxış edən müdafiəçi geridə qalan mövsümü icarə əsasında La Liqanın digər təmsilçisi "Rayo Valyekano"da keçirib. Rodriges Madrid təmsilçisi ilə 17 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right