"Barselona"nı xilas etmək üçün 500 milyon avro lazımdır"

“Barselona” maliyyə cəhətdən kritik durumdadır. 

Newsport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun iqtisadi məsələlər üzrə vitse-prezidenti Eduard Romeu “Diario Sport”a bildirib:

“Vəziyyət hələ də kritikdir. Lakin ötən illə müqayisədə bizim üstünlüyümüz var. Hansı mövqedə olduğumuzu bilirik və mövcud problemləri müəyyən etmişik”. 

Romeu jurnalistin “Bu problemdən çıxmaq üçün nə qədər pul lazımdır” – sualını belə cavablayıb: “Ən böyük zərər mövcud disbalansdan qaynaqlanır. Bizim kəsirimiz 500 milyon avrodur. Heç nə etməsəydik, bu məbləğə daha 150 milyon avro əlavə oluna bilərdi. 500 milyon avro “Barselona”nı xilas etmək üçün kifayətdir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right