Modriç: "10 illik arzum gerçəkləşdi"

"Real"ın futbolçusu Luka Modriç klubla yeni müqavilə imzaladıqdan sonra emosiyalarını bölüşüb.

Newsport.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi deyib:

“Dünyanın ən yaxşı klubunda oynamağa davam edəcəyimi elan etdiyimə görə çox şadam. "Real"a gələndə 10 illik arzum gerçəkləşdi. "Real"ın forması geyindim. Amma hələ də klubdakı ilk günüm kimi həyəcanlıyam. Davam edirik. Hala, Madrid”.

Qeyd edək ki, Luka 2012-ci ildən "Real"da oynayır. O, Madrid təmsilçisinə 5 Çempionlar Liqası qələbəsi də daxil olmaqla 20 kubok qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right