Messi Ronaldo ilə eyni komandada oynamaq istəmir

PSJ-nin futbolçusu Lionel Messi "Mançester Yunayted"in oyunçusu Kriştiano Ronaldo ilə eyni komandada oynamaq istəmir. 

Newsport.az xəbər verir ki, bu brədə "El Nacional" məlumat yayıb. Ronaldonun növbəti yay transfer pəncərəsində "qırmızı şeytanlar"dan Paris təmsilçisinə keçəcəyi gözlənilir. Messi isə bu transferin baş tutacağı təqdirdə PSJ-dən ayrılmağı düşünür. 35 yaşlı hücumçu özünü paytaxt klubunda xoşbəxt hiss etməsə də, rəhbərlik onu satmağa hazır deyil.

PSJ Messi istisna olmaqla, digər bütün argentinalı futbolçularla yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, Messi ötən ilin avqust ayında PSJ ilə, Ronaldo isə "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right