Kuman Xavidən şükürlü imiş

“Barselona” İspaniya La Liqasının 32-ci turu çərçivəsində evdə “Kadis”ə 0:1 hesabıyla məğlub olub.

Newsport.az xəbər verir ki, Kataloniya komandasının “sükanı arxasında” keçirdiyi 31 oyundan sonra Xavi sələfi Ronald Kumandan daha pis qələbə nisbətinə malikdir.

Belə ki, Xavi “Barselona”nın baş məşqçisi kimi keçirdiyi 31 oyunun 54.8 faizini qazanıb. Kumanın qələbə nisbəti isə 58.21 faizdir.

Kuman 2020-2021-ci illərdə “Barselona”nın baş məşqçisi olub.

“Barselona” Kumanın dövründə (67 oyun, 39 qələbə, 12 heç-heçə, 16 məğlubiyyət) – 58.21 faiz

“Barselona” Xavinin dövründə (31 oyun, 17 qələbə, 8 heç-heçə, 6 məğlubiyyət) – 54.8 faiz





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right