“Real”dan əzmkar qələbə

Futbol üzrə İspaniya La Liqasında 32-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. “Real Sosyedad” doğma meydanda “Betis”lə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Elçe” doğma meydanda “Mayorka”nı darmadağın edib. “Alaves” “Rayo Valyekano” ilə ev matçından minimal hesabla qalib ayrılıb.

“Valensiya” doğma meydanda “Osasuna”ya məğlub olub. Səfərdə “Xetafe” ilə qarşılaşan “Vilyarreal” isə qələbəyə sevinib.

Turun mərkəzi oyununda lider “Real” səfərdə “Sevilya” ilə qarşılaşıb və əzmkar qələbəyə sevinib.

Xavinin baş məşqçi postuna gəlişindən sonra uğurlu qrafik cızan “Barselona” isə bu turda “Kadis”i qonaq edəcək.

İspaniya La Liqası, 32-ci tur

15 aprel

Real Sosyedad – Betis 0:0

16 aprel

Elçe – Mayorka 3:0
Qol: Moxika, 42. Biqas, 58. Kanq, 81-öz qapısına.

Alaves – Rayo Valyekano 1:0
Qol: Xoselu, 64.

Valensiya – Osasuna 1:2
Qol: Soler, 83 – Avila, 50-pen. Budimir, 74.

Xetafe – Vilyarreal 1:2
Qol: E.Ünal, 63 – Moreno, 7. Triqeros, 16.

17 aprel

Qranada – Levante 1:4
Qol: Kollado, 90+2 – D.Qomes, 17. Morales, 56-pen. Malsa, 77. Soldado, 90+5.

Atletiko – Espanyol 2:1
Qol: Karrasko, 52; 90+10-pen – De Tomas, 74.

Atletik – Selta 0:2
Qol: Aspas, 11. Beltran, 37.

Sevilya – Real 2:3
Qol: Rakitiç, 21. Lamela, 25 – Rodriqo, 50. N.Fernandes, 83. Benzema, 90+2.

18 aprel

23:00 Barselona – Kadis

Bombardir: Kərim Benzema (Real) – 24 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right