“Barselona”ya məğlubiyyət təsadüf idi” Kurtua

“Real”ın qapıçısı Tibo Kurtua açıqlama verib.

Newsport.az-ın məlumatına görə, belçikalı qolkiper, “Real”ın İspaniya çempionatının 29-cu turunda “Barselona”ya məğlubiyyətinin (0:4) təsadüf olduğunu bildirib:

“Bizim üçün çox pis axşam idi. Amma məğlubiyyətdən tez sağaldıq, çünki uzun müddət belə oyunlar haqda düşünməmək daha yaxşıdır. Əlbəttə ki, üzülürəm. Ancaq sonrakı nəticələrimizə görə “Barsa”ya məğlubiyyətin təsadüfi olduğu aydındır”.

“Real” 31 oyundan sonra 72 xalla La Liqada liderdir. “Barselona” isə 30 oyundan sonra 60 xalla ikinci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right