Xavi: "Stadionda olan atmosfer bizə kömək etmədi"

"Barselona" Avropa Liqasının 1/4 final mərhələsində Almaniyanın "Ayntraxt" klubuna məğlub olaraq (2:3) turnirdə mübarizəni dayandırıb.

 

Newsport.az xəbər verir ki, matçdan sonra Kataloniya təmsilçisinin baş məşqçisi Xavi açıqlama verib. 42 yaşlı mütəxəssis ən yaxşı oyunlarını göstərə bilmədiklərini deyib:

 

"Stadionda olan atmosfer bizə kömək etmədi. Sanki final oyunu idi və tribunalar yarıya bölünmüşdü. Klub nələr baş verdiyini araşdırmalıdır. Bizim üçün xoş olmayan vəziyyətdir.

 

Ən yaxşı oyunumuzu oynamadıq, ard-arda zərbələr aldıq. Çox böyük məyusluq yaşayırıq. Çünki, bu turnirdə ümidli idik. "Ayntraxt"ı təbrik edirəm, qələbəyə layiq idilər. Topa nəzarət bizdə olmasına rəğmən, məhsuldar deyildik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right