"Mançester Siti"də şok itkilər

“Mançester Siti”nin futbolçuları Kevin de Brüyne və Kayl Uoker zədələniblər.

Newsport.az xəbər verir ki, oyunçular Çempionlar Liqasının 1/4 finalında “Atletiko” ilə cavab oyununda (0:0) sıradan çıxıblar. Yarımmüdafiəçi Kevin de Brüyne 65-ci dəqiqədə meydanı tərk edib. 8 dəqiqə sonra ayağını burxan müdafiəçi Kayl Uoker də əvəzlənib. Sözügedən oyunçuların turnirin yarımfinalında "Real"la görüşü buraxmaq ehtimalı var.

Həmçinin "şəhərlilər"in digər futbolçusu Joao Kanselo həmin matçda iştirak etməyəcək. Buna səbəb isə onun ötən gün "Atletiko" ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.

Qeyd edək ki, "Mançester Siti" və "Real" arasındakı ilk matç aprelin 26-sı İngiltərədə, cavab oyunu isə mayın 4-ü İspaniyada olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right