"Cəhd etməyə dəyər" Tuhel

“İnanılmaz dərəcədə çətin matç olacaq. İlk oyunda kifayət qədər aqressiv oynamadıq. Bundan başqa, rəqibin fiziki hazırlıq baxımından açıq üstünlüyü var idi. Çünki "Real"  bütün il ərzində beş əvəzetmə ilə oynadı. Biz ən tələbkar liqada çıxış edirik və bir mövsümdə ən çox oyun keçirmişik".

Newsport.az xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/4 finalında "Real"la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Aydındır ki, hesabda önə keçmək ehtimalımız azdır, amma cəhd etməyə dəyər. Bunun üçün maksimum gücümüzlə oynamalıyıq. Bu, böyük bir matçdır, böyük futbol gecəsidir. Çalışacağıq ki, ilk matçdakından daha yaxşı çıxış edək”.

Qeyd edək ki, "Real" - "Çelsi" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk görüşdə Madrid klubu 3:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right