“Barselona” tarixində ilk

İspaniya La Liqasının 31-ci turunda “Levante” ilə keçirilən oyun “Barselona” üçün bir ilklə əlamətdar olub.

Newsport.az xəbər verir ki, Kataloniya klubunun tarixində ilk dəfə La Liqa oyununda komandanın qapısına üç dəfə penalti zərbəsi təyin olunub. Qapıçı Mark-Andre ter Ştegen penaltilərdən birini qaytara bilib.

Qeyd edək ki, “Barselona” “Levante”ni 3:2 hesabı ilə  məğlub edərək xallarının sayını 60-a çatdırıb və turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right