"Fənərbaxça" damimarkalı yarımmüdafiəçi ilə maraqlanır

"Fənərbaxça" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Seltik"də çıxış edən Matt O'Rileyi transfer etməyi planlaşdırır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Türkiyə klubu 23 yaşlı dayaq yarımmüdafiəçisi üçün mövsüm bitdikdən sonra Şotlandiya təmsilçisinə rəmi təklif göndərəcək.

Qeyd edək ki, "Seltik" Matt O'Rileyi 2022-ci ilin yanvar ayında İngiltərənin "Milton Keyns Dons" klubundan transfer edib. Danimarka millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 44 rəsmi matçda 14 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right