Benzema: "Ən çox üçüncü qoluma sevindim"

"Real" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Çelsi"ni 3:1 hesabı ilə məğlub edib.

 

Newsport.az xəbər verir ki, vurduğu üç qolla "kral klubu"nun qələbəsinin əsas memarı olan Kərim Benzema matçdan sonra açıqlama verib. 34 yaşlı hücumçu vurduğu qolların hamısının vacib olduğunu bildirib.

 

"Üç qolumun üçü də çox önəmlidir. Amma ən çox üçüncü qoluma sevindim. Birinci hissədə yüz faizlik bir epizodu dəyərləndirə bilməmişdim. Karlo Ançelotti dünyanın ən yaxşı baş məşqçilərindən biridir. Bütün futbolçulardan yüz faizlik performans ala bilir".

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 12 aprel tarixində Madridin "Santiaqo Bernabeu" stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right