“Bayern” darmadağına sevindi, “Borussiya” 4 qola üzüldü

Futbol üzrə Almaniya Bundesliqasında 28-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun oyunları 3 günü əhatə edəcək. Açılış matçında avrokubok zonasına düşməyə çalışan “Yunion” və “Köln” kollektivləri üz-üzə gəliblər. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.

Martda keçirdiyi 3 oyundan yalnız birində qələbə qazanan “Bayern” “Frayburq”un qonağı olub. Son illərdə Münhen təmsilçisi bu rəqiblə qarşılaşmalarda ciddi müavimətlə üzləşmirdi. Bu dəfə “Bayern” darmadağınla qalib gəlib.

Turun mərkəzi oyunu Dortmundda olub. Burada yerli “Borussiya” “Leyptsiq”i sınağa çəkib və böyük hesabla uduzub.

Almaniya Bundesliqası, 28-ci tur

1 aprel

Yunion – Köln 1:0
Qol:
Avoniyi, 49.

2 aprel

Ayntraxt – Qroyter 0:0

Arminiya – Ştutqart 1:1
Qol:
Kruger, 59 – Kaladziç, 25-pen.

Bayer – Herta 2:1
Qol:
Alario, 35. Bellarabi, 40 – Darida, 42.

Frayburq – Bayern 1:4
Qol:
Petersen, 63 – Qoretska, 58. Qnabri, 73. Koman, 82. Zabitser, 90+6.

Hoffenhaym – Bohum 1:2
Qol:
Raum, 54 – Asano, 28; 59.

Borussiya D – Leyptsiq 1:4
Qol:
Malen, 84 – Laymer, 21; 30. Nkunku, 58. Olmo, 86.

3 aprel

17:30 Auqsburq – Volfsburq
19:30 Borussiya M – Maynts

Bombardir: Robert Levandovski (Bayern) – 31 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right