"Barselona" iki yeni oyunçu alıb"

"Barselona" yeni mövsüm üçün transferlərə başlayıb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Joan Laporta  məlumat verib. O bildirib ki,  iki yeni futbolçu ilə müqavilə imzalayıblar: "Onlardan biri yarımmüdafiəçi, digəri isə mərkəz müdafiəçisir. Ancaq həmin futbolçuların adlarını açıqlaya bilmərəm".

Bildirilib ki, "Barselona"nın transfer etdiyi oyunçular  “Milan”ın yarımmüdafiəçisi Frank Kessye və “Çelsi”nin müdafiəçisi Andreas Kristensendir. Hər iki futbolçunun klubları ilə müqaviləsi yayda başa çatacağı üçün onlar  Kataloniya təmsilçisinə azad agent kimi keçəcəklər. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right