"Messi saxtakardır"

PSJ-nin sabiq futbolçusu Jerom Rothen komandanın hücumçuları Lionel Messi və Neymar haqda sərt fikirlər səsləndirib.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, Paris təmsilçisinin Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırmasının səbəbkarının sözügedən oyunçular olduğunu deyib: "Onlar məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Messi və Neymar klubun əsas füqurlarıdır. Leonardo bunun üçün onları aldı. "Real"la iki matçda da təhlükə yaradan tək futbolçu Kilian Mbappe idi. Messinin etdikləri saxtakarlıqdır. Onun üçün bunları söylədiyimə təəssüflənirəm, amma həqiqət budur.

Digəri (Neymarı nəzərdə tutur - red) bütün topları itirdi. Digəri deyirəm, çünki adını belə söyləmək məni narahat edir. O, PSJ-dəki oyunçuların 50 faizindən daha pisdir".

Qeyd edək ki, PSJ cavab görüşündə "Real"a 1:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right