Ukrayna klubları üçün xüsusi transfer pəncərəsinin açılması istənilib

Fransa "Lion"unun prezidenti Jan-Mişel UEFA-dan Ukrayna klubları üçün xüsusi transfer pəncərəsinin açılmasını xahiş edib.

Newsport.az "Voetbalprimeur" nəşrinə istinadən xəbər verir ki, 73 yaşlı funksionerin fikrincə, müharibəyə baxmayaraq, Ukraynada oynayan legionerlərə karyeralarını davam etdirmək imkanı verilməlidir.

Daha əvvəl Fransa təmsilçisi müharibədən zərər çəkmiş ukraynalılara yardım məqsədi ilə UNİCEF-ə 50 min avro ödəyib.

Qeyd edək ki, Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right