"Yuventus"un prezidenti: "Avropa futbolunun ciddi islahatlara ehtiyacı var"

"Yuventus"un prezidenti Andrea Anyelli Superliqa layihəsinin yenidən gündəmə gəlməsi barədə danışıb.

Newsport.az xəbər verir ki, Turin klubunun rəhbəri yerli mətbuata açıqlamasında futbolda yenilənməyə ehtiyac olduğunu söyləyib: "Superliqa uğursuzluğa düçar olmayıb. Fikrimcə, Avropa futbolunun yenilənməyə, ciddi islahatlara ehtiyacı var. UEFA bilirdi ki, mən “Yuventus”un prezidenti kimi Superliqa layihəsi üzərində işləyirəm.

12 klub 120 səhifəlik müqavilə imzalamışdı və həmin klublardan 11-i üçün hələ də həmin müqavilə qüvvədədi. Bizə daha dərin islahatlar aparmaq lazımdı. İdarəetmə strukturu məqsədəuyğun deyil. Mən alternativ məsələlər haqda deyil, sektorun necə idarə olunması barədə düşünməyə üstünlük verərdim".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right