Çeferindən Avropa Superliqası layihəsi ilə bağlı yeni açıqlama

UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Superliqası layihəsinin yenidən başlayacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, rəhbər şəxs turnirin təşkil etmək istəyənləri tənqid edib: 

“Əvvəlcə onlar bu gülünc ideyanı pandemiya vaxtı işə saldılar. İndi hərbi böhranın zamanı bunu yenidən etməyi planlaşdırırlar. Görünür ki, onlar reallıqdan kənar yaşayırlar”. 

Qeyd edək ki, bu gün “Yuventus”un prezidenti Andrea Anyelli Avropa Superliqasının yeni formatını təqdim edəcək. Formata əsasən, Superlqada iki divizion olacaq və turnirdə ümumilikdə 20 komanda iştirak edəcək. Beləliklə, komandalar aşağı diviziona düşə və yenidən yuxarıya yüksələ biləcəklər.

Əlavə edək ki, 2021-ci ildə aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right