"Mahir Emreli gəlməmişdən qabaq "Dinamo"nun belə planı var idi"

Bakı”nın sabiq kapitanı Ernad Skuliç Sportal.az saytına açıqlamasında Mahir Emrelinin “Dinamo”dakı durumundan danışıb.

Newsport.az-ın məlumatına görəxorvatiyalı veteran futbolçu millimizin hücumçusunun Zaqreb klubunda hələ də debüt etməməsinə münasibət bildirib:

“Böyük ehtimalla Mahir hələ ki, oyunlara hazır deyil. Ona görə də Jelko Kopiç onu meydana buraxmır.  Bəlkə də “Sevilya”ya qarşı oynayar. Ancaq həmin oyunda nə qədər oynayar, onu bilmirəm. Hər halda ehtimal etmək olar ki, Emreliyə “Sevilya” matçında şans veriləcək”.

Bir müddət əvvəl mətbuatda Mahirə görə Duye Çopun “Çelye”ye icarəyə göndərilməsilə bağlı xəbərlər yayılmışdı. Skuliçin dediyinə görə “Dinamo” Çopu millimizin forvardının gəlişinə görə Sloveniyaya göndərmədiklərini deyib:

​“Duye Çopu “Çelye”yə Mahirə görə göndərməyiblər. Onsuzda Mahir gəlməmişdən qabaq onların belə planı var idi. Yanvarda Çop Sloveniyaya yollandı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right