Polşa çempionatında 20-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” da növbəti matçına çıxıb.
Səfərdə “Radomiak Radom”la qarşılaşan Plotsk təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Visla” 20 turdan sonra 30 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.