Yakub Jezniçak Mahir Emreliyə qarşı çıxdı

"Qarabağ"ın polşalı sabiq futbolçusu Yakub Jezniçak “Legiya”dan Zaqreb “Dinamo”suna transfer olunan millimizin hücumçusu Mahir Emrelinin Varşavada azarkeşlər tərəfindən döyülməsinə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, müdafiəçi yerli mətbuata müsahibəsində “Qarabağ”da komanda yoldaşı olmuş Emrelinin "Legiya" fanatlarının bu davranışına layiq olmadığını söyləyib. O həmçinin, Mahirin də Varşava təmsilçisindən ayrılmağını düzgün hesab etmədiyini qeyd edib:

 “Belə hallar normal deyil və baş verməyə haqqı yoxdur. Emreli də qaydalar çərçivəsində hərəkət eləmədi, bu vəziyyətdən öz maraqlarını həyata keçirmək üçün yararlandı. Bu durumda tamamilə fərqli hərəkət edən Lukinyasa baxaq. Bununla belə, “Legiya”nın problemlərinin dərinliyinə getmək, ayrı-ayrı oyunçuları tənqid və ya müdafiə etmək istəmirəm. Klubda sadəcə, hər şeyin öhdəsindən gəlməli və problemləri yoluna qoymalıdırlar”.

Qeyd edək ki, Mahir Emreli məhz Jezniçakın çıxış etdiyi Plotsk “Visla”sı ilə səfər oyunundan sonra Varşavaya qayıdarkən azarkeşlər tərəfindən bazada hücuma məruz qalıb və başından xəsarət alıb. Bundan sonra isə Emreli "Legiya"nı tərk edib və Zaqreb “Dinamo”su ilə 4,5 illik müqavilə imzalayıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right