"Legiya"nın futbolçusu: "Mahir dürüst deyildi"

"Legiya"nın futbolçusu Bartoş Kapustka sabiq komanda yoldaşı Mahir Emreli barədə danışıb.

Newsport.az-ın məlumatına görə, o, yerli Polşa mətbuatına açıqlamasında Azərbaycan millisinin üzvünün münasibətlər zamanı dürüst olmadığını söyləyib:

"Mahir Emreli özünü pis hiss edə bilər. Amma onun başı lazım olan kimi işləmədi. Mahir "Legiya" karyerasının əvvəlində qollar vura biləcəyini sübut etdi. Ancaq onun komanda və məşqçilər heyəti ilə ünsiyyəti az idi, dürüst deyildi. İlin sonunda Emreli haqqında başqa məlumatlar aldıq. Qış tətilinə gedəndə vəziyyət dəyişdi. Bundan başqa mənim onunla çox əlaqəm olmayıb".

Mahir Emreli "Legiya" azarkeşləri ilə yaşadığı insidentə görə Varşava klubunu Zaqreb "Dinamo"suna dəyişib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right