Pekin-2022: Azərbaycan nümayəndə heyətinin sıra ardıcıllığı müəyyənləşib

Azərbaycan nümayəndə heyətinin Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimindəki parad zamanı keçid sırası müəyyənləşib.

Milli Olimpiya Komitəsinin mətbuat katibi Günay Malikqızının Newsport.az-aa verdiyi məlumata görə, heyət üzvləri tamaşaçılar önündən 42-ci keçəcək.

Onlar Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov, məşqçi Aleksey Çetvertuxin və Azərbaycan Olimpiya Komandasının bayraqdarı Vladimir Litvintsevdən ibarət olacaq.

Açılış Pekin Milli Stadionunda təşkil olunacaq.

XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right