İraq millisinin baş məşqçisi Jelko Petroviç istefaya göndərilib.
Newsport.az-ın məlumatına görə, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Monteneqrolu mütəxəssis uğursuz nəticələrə görə qovulub. O, milli komandanın sükanı arxasında cəmi 2 oyun keçirib. İraq yığması onun rəhbərliyi altında İrana uduzub və Livanla heç-heçə edib.
Jelko Petroviç ötən ilin noyabrında baş məşqçi postunda Dik Advokatı əvəzləmişdi.