“Mançester Yunayted”in futbolçusu “Everton”da

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Mersisayd təmsilçisi “Mançester Yunayted”dən Donni van de Beki icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı yarımmüdafiəçi mövsümün sonuna qədər “Everton”da çıxış edəcək.

Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Van de Bek 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right