Dele Alli "Tottenhem"i bu kluba dəyişdi

İngiltərənin "Everton" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Newsport.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Tottenhem” yarımmüdafiəçisi Dele Alli ilə 2,5 illik müqavilə imzalayıb.

Mersisayd klubu 25 yaşlı yarımmüdafiəçinin keçidi üçün "Tottenhem"ə heç bir məbləğ ödməyib. Ancaq razılığa əsasən, Alli yeni komandasında 20 oyun keçirdikdən sonra “Tottenhem”ə 12 milyon avro ödəniləcək. 

Qeyd edək ki, Dele Alli 2015-ci ildən “Tottenhem”də çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right