"20 il ərzində heç kəs Çempionlar Liqasını mənim qazandığım kimi qazanmayıb”

Portuqaliyalı mütəxəssis Joze Mourinyo 2004-cü ildə baş məşqçisi olduğu "Porto"nun Çempionlar Liqasının finalında "Monako" (3:0) üzərindəki qələbəsini xatırlayıb. 

Newsport.az xəbər verir ki, “A Sports Korea”ya danışan təcrübəli məşqçi həmin anları xatırlayaraq bunları deyib:

"Həmin finalda 20 il keçib. 20 ildə bir çox məşqçi Çempionlar Liqasını qazanıb, amma heç kəs bunu mənim kimi bacarmadı. Böyük klublarla, böyük büdcəli, ən yaxşı oyunçularla turniri qazandılar. Heç kəs mənim qazandığım kimi Çempionlar Liqasını qazana bilməyib".

Portuqaliyalının son klubu 2024-cü ilin yanvarında tərk etdiyi "Roma" olub. Portuqaliyalı 2021-ci ildən İtaliya klubuna rəhbərlik edirdi. Mourinyo bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real", “İnter”, “Porto”, “Unio Leyriyar” və “Benfika” klublarında işləyib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right