Qana Futbol Federasiyası milli komandanın baş məşqçisi Milovan Raevats ilə yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə federasiyanın saytı yayıb. Bildirilir ki, komandanın uğursuz çıxışına görə mütəxəssislə yollar ayrılıb.
Qana yığması Afrika Millətlər Kubokunda qrupdan çıxa bilməyib.