Sadio Mane xəstəxanalıq oldu

Seneqal millisinin futbolçusu Sadio Mane Afrika Millətlər kubokunda Kapo-Verdeyə qarşı keçirilən matçdan (2:0) sonra xəstəxanaya aparılıb.

Newsport.az xəbər verir ki, "Liverpul"un yarımmüdafiəçisi matçın ikinci hissəsində rəqib komandanın qapıçısı Jozimar Vozineylə toqquşub.

Epizodda qapıçı kobud müdaxiləyə görə qırmızı vərəqə alıb. Oyuna davam edən Sadio Mane qarşılaşmanın 63-cü dəqiqəsində matçda hesabı açıb, 7 dəqiqə sonra isə əvəzlənib.

Yığmanın kapitanı başından aldığı xəsarətə görə matçdan sonra müayinə üçün xəstəxanaya aparılıb. Onda ciddi zədə almadığı məlum olub. Onunla toqquşan rəqib qapıçısı Jozimar Voziney futbolçunu xəstəxanada ziyarət  edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right