SSKA Medinanı milliyə buraxmadı

Rusiyanın SSKA klubu paraqvaylı futbolçusu Xesus Medinanı millinin düşərgəsinə buraxmayıb.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Cotita Barnabe özünün Tvitter səhifəsində yazıb. Məsələ ilə əlaqədar Paraqvay Futbol Federasiyası FİFA-ya şikayət edib.

Qeyd edək ki, yanvarın 28-də Paraqvay millisi DÇ-2022-nin seçmə mərhələsində Argentina ilə qarşılaşacaq.

FİFA-nın qaydalarına görə, rəsmi oyunlar və qurumun bayrağı altında keçirilən yoxlama görüşləri ərəfəsində klublar futbolçularını milliyə buraxmalıdırlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right