"Bunda anormal heç nə yoxdur" Balotelli

"Adana Dəmirspor"un hücumçusu Mario Balotelli İtaliya millisinə çağırıldıqdan sonra fikirlərini bölüşüb .

Newsport.az "Football İtalia"ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu bununla bağlı deyib: "İndi yaxşıyam, əhvalım yaxşıdır. 31 yaşında millidə oynamaq normaldır. Bunda anormal heç nə yoxdur. Mən Mançininin rəhbərliyi altında debüt etdim. Onunla danışdıq, hər şey qaydasındadır. Ümid edirəm ki, bir gün onunla karyeramı bitirəcəyəm”.

Balotelli İtaliyanın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq şanslarından da danışıb: "Ümid edirəm ki, İtaliya dünya çempionatına çıxacaq. Milli komanda buna layiqdir".

Qeyd edək ki, 2018-ci ildən sonra ilk dəfə bu ay keçiriləcək təlim-məşq toplanışı üçün milliyə çağırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right