"The Best" mükafatının qalibləri müəyyənləşir

Bu gün FIFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi “The Best” mükafatının sahibi bəlli olacaq.

 

Newsport.az xəbər verir ki, mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Ən yaxşı futbolçu adına PSJ-dən Lionel Messi, “Bayern”dən Robert Levandovski və “Liverpul”dan Məhəmməd Salah namizəddir.

 

2021-ci ilin ən yaxşı baş məşqçisi adına namizədlər İtaliya millisinin çalışdırıcısı Roberto Mançini, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola və “Çelsi”nin baş məşqçisi Tomas Tuxeldir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right