Messi koronavirusdan sağaldı

PSJ-nin hücumçusu Lionel Messinin koronavirus testi neqativ çıxıb. Newsport.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytında məlumat yerləşdirilib.  

 

Argentinalı futbolçu artıq Parisə qayıdıb və yaxın günlərdə komandanın məşqlərinə qatılacaq. Xatırladaq ki, PSJ yanvar ayının 2-də Messinin koronavirusa yoluxduğunu açıqlamışdı.

 

Qeyd edək ki, Messi bu mövsüm Fransa çempionatında 11 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə verib. Çempionlar Liqasında isə aktivində 5 oyuna 5 qol var.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right