“Spartak” Vitoriyanı yola saldı, Vanoli ilə anlaşdı

Rusiyanın “Spartak” klubu baş məşqçi Ruy Vitoriyanı istefaya göndərib. Newsport.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın Premyer Liqadakı uğursuz çıxışı səbəb olub. Baxmayaraq ki, paytaxt təmsilçisi Avropa Liqasının qrup mərhələsində uğurlu çıxış edib.

Moskva təmsilçisinin “sükan”ı Paolo Vanoliyə tapşırılacaq. Bu barədə “Sport Express” nəşri məlumat yayıb. İtalyan mütəxəssis Rusiya klubu ilə danışıqları davam etdirmək üçün Moskvaya gəlib. Tərəflər arasında yaxın zamanda rəsmi müqavilə imzalanacağı bildirilib.

Vanoli son olaraq İtaliyanın “İnter” klubunda məşqçi kimi çalışıb. O, daha əvvəl İtaliya yığmasında və “Çelsi”də də məşqçilik edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right