Vaksindən imtina edən ulduz futbolçu üçün il başa çatdı ciyərində problem yaranıb

"Bavariya"nın futbolçusu Coşua Kimmix ilin sonuna kimi komandasına kömək edə bilməyəcək.

 

Newsport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Koronavirusa yoluxan yarımmüdafiəçi karantin dövrünü başa vursa da, ağ ciyərində yaranmış problemə görə məşq edə bilmir. 26 yaşlı futbolçu "Bavariya"nın "Maynts", "Ştutqart" və "Volfsbur"la matçlarında meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Kimmix Covid-19 əleyhinə vaksin vurmaqdan imtina etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right