Qvardiola Mourinyonu geridə qoydu

İngiltərə Premyer Liqasının 14-cü turunda “Aston Villa” ilə matç “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.

Newsport.az “Mirror”a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis komandası ilə yerli çempionatda 150-ci qələbəsini qazanıb (2:1). O, buna 203-cü oyununda nail olub. Beləliklə, Qvardiola Joze Mourinyonu geridə qoyub. Mourinyo Premyer Liqada 150 qələbə həddinə çatmaq üçün 230 matç keçirib.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən “şəhərlilər”ə baş məşqçilik edir. Əlavə edək ki, Mourinyo İngiltərədə “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right