"Bavariya" - "Barselona" matçına azarkeş buraxılmayacaq

"Bavariya" və "Barselona"nın Çempionlar Liqasındakı matçları tamaşaçısız oynanıla bilər.

Newsport.az xəbər verir ki, Avropada koronavirusa yoluxma hallarının artması səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun bir sıra oyunları tamaşaçısız keçiriləcək.

Xüsusilə, Almaniyada keçiriləcək oyunlar üçün tribunalar bağlı olacaq. "Bavariya" - "Barselona", "Leypziq" - "Mançester Siti" görüşünə azarkeş buraxılmayacaq. Bununla yanaşı Niderlandda baş tutacaq "Ayaks" - "Sportinq", Avstriyada oynanılacaq "Zalsburq" - "Sevilya" matçını da fanatlar tribunadan izləyə bilməyəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right