Konte “Torino”nu Premyer Liqaya “daşıyır”

İngiltərə “Tottenhem”inin italiyalı baş məşqçisi Antonio Kontenin transfer planları bəlli olub.

Newsport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis rəhbərlikdən daha üç futbolçunun transferini istəyib.

Konte “Torino”nun oyunçularını Premyer Liqaya aparmaq istəyir. Onun siyahısında hücumçu Andrea Belotti və müdafiəçilər Vilfrid Sinqo ilə Qleyson Bremer yer alıb.

İtaliyalı mütəxəssis daha çox Sinqonun keçidində israrlıdır. O, “İnter” – “Torino” görüşündə (4:2) yaxşı təsir bağışlayan Fil Dişi Sahilindən olan müdafiəçini komandasında görməyə qərar verib.

Qeyd edək ki, Sinqonun transfer qiyməti 20 milyon avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right