ÇL: "Barselona" "Dinamo"ya qarşı, "Bavariya" Portuqaliyada

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulacaq.

Newsport.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qrup üzrə 8 qarşılaşma baş tutacaq.

E qrupunda 2 turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan "Barselona" "Dinamo"nu (Kiyev) qəbul edəcək. "Bavariya" isə "Benfika"nın qonağı olacaq.

F qrupunda "Mançester Yunayted" "Atalanta"nı sınağa çəkəcək. "Yanq Boyz" isə "Vilyarreal" üz-üzə gələcək.

G qrupunda "Volfsburq" "Zalsburq"la, "Sevilya" isə "Lill"lə oynayacaq

H qrupunda isə Çempionlar Liqasının son qalibi "Çelsi" "Malmö"nü məğlub etməyə çalışacaq. "Yuventus" isə Rusiyada "Zenit"in qonağı olacaq.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 3-cü tur


20 oktyabr

E qrupu

20:45. "Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna)

23:00. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya)


F qrupu

23:00. "Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya)

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Atalanta" (İtaliya)


G qrupu

20:45. "Zalsburq" (Avstriya) - "Volfsburq" (Almaniya)

23:00. "Lill" (Fransa) - "Sevilya" (İspaniya)


H qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Malmö" (İsveç)

23:00. "Zenit" (Rusiya) - "Yuventus" (İtaliya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right