"Real"ın Ramosla niyə müqavilə imzalamadığının səbəbi bilindi

"Real"ın sabiq futbolçusu Serxio Ramosla müqaviləni niyə uzatmadığı məlum olub.

Newsport.az xəbər verir ki, ispan müdafiəçinin Madrid təmsilçisi ilə müqaviləsi iyunda başa çatıb. Klub onunla yeni sözləşmə imzalamayıb. 35 yaşlı oyunçu azad agent kimi PSJ-yə keçib.

RMC jurnalisti Fred Ermelin sözlərinə görə , "Real" rəhbərliyi sağlamlıq problemlərinə görə futbolçu ilə yeni müqavilə imzalamayıb.

Məlum olub ki, ispanın oyunçunun dizində böyük problemləri var və onun durumu daha da pisləşir.

Xatırladaq ki, Ramos  zədə səbəbindən indiyə kimi Paris təmsilçisində debüt etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right