"Milan" 38 yaşlı qapıçı ilə müqavilə imzalayır

İtaliyanın "Milan" klubu heyətinə yeni qapıçı qatmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" azad agent statusu daşıyan Antonio Mirante ilə müqavilə imzalayacaq. 38 yaşlı qapıçı tezliklə komandaya qoşulacaq.

"Milan"ın əsas qapıçısı Mayk Maynen "Liverpul"la görüşdə biləyindən zədələnib və azı 3 həftə oynamayacaq. 3-cü qapıçı Plizzari isə dizindən əməliyyat edilib. Rossionerlərin hazırda 1 qapıçısı var və bu, Çiprian Tataruşanudur.

Mirantenin son klubu "Roma" olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right