“Barselona”ya Haalandı almaq üçün kömək təklif etdilər

“Barselona” maddi çətinliklərinə baxmayaraq, “Borussiya”nın (Dortmund) futbolçusu Erling Haalandı almaqda israrlıdır.

Newsport.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu 21 yaşlı hücumçunu növbəti yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Məlumatda qeyd olunub ki, bir neçə investisiya fondu “Barselona”ya Haalandla müqavilə imzalamaq üçün maddi kömək etməyə hazırdır. Buna baxmayaraq, norveçli oyunçunun yüksək maaş tələbi kluba ciddi maneələr yarada bilər.

Qeyd edək ki, Haalandla “Real” və PSJ də yaxından maraqlanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right