Millimizlə oyunu buraxacaq

Aərbaycanın DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi Serbiya yığması komandamızla matça daha bir itki ilə çıxacaq. 

Newsport.az-ın məlumatına görə, müdafiəçi Nikola Milenkoviç sabahkı görüşü buraxmalı olacaq. Zədə səbəbindən iki gün əvvəl Lüksemburqla (1:0) oyunda iştirak etməyən mərkəz müdafiəçisinin millimizlə matça qədər sağalması gözlənilirdi. Lakin İtaliya mətbuatında onun sabah meydana çıxmayacağı yazılıb.

Qeyd edək ki, sabah keçiriləcək Serbiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right