”Fiorentina”nın futbolçusu millimizlə oyunu buraxacaq

DÇ-2022-nin seçmə mərhələsində Serbiya yığması Azərbaycanla matça daha bir itki ilə çıxacaq. 


Newsport.az xəbər verir ki, müdafiəçi Nikola Milenkoviç sabahkı görüşü buraxmalı olacaq. Zədə səbəbindən iki gün əvvəl Lüksemburqla (1:0) oyunda iştirak etməyən mərkəz müdafiəçisinin millimizlə matça qədər sağalması gözlənilirdi. Lakin İtaliya mətbuatında "Fiorentina"nın futbolçusunun sabah meydana çıxmayacağı yazılıb.


Sabah baş tutacaq Serbiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right