Fransa Millətlər Liqasının qalibi oldu

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, həlledici oyunda İspaniya və Fransa milliləri qarşılaşıb. Milandakı "San-Siro" stadionunda keçirilən görüşdə Fransa rəqibinə qalib gəlib - 2:1. Bununla da komanda Millətlər Liqasının qalibi olub. 

 

Həmçinin bu gün İtaliya və Belçika yığmaları üçüncü yer uğrunda üz-üzə gəlib. İtaliya rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Komanda Millətlər Liqasının 3-cüsü olub. 

10 oktyabr

UEFA Millətlər Liqası, final mərhələsi

Final

22:45. İspaniya - Fransa - 1:2

Qollar: Oyarzabal, 64 - Benzema, 66. Mbappe, 80.

Baş hakim: Entoni Teylor (İngiltərə)

Milan. "San-Siro" stadionu

 

Üçüncü yer uğrunda görüş

17:00. İtaliya - Belçika - 2:1

Qollar: Barella, 46 (1:0), Berrardi, 65 pen. (2:0), De Ketelare, 86 (2:1)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Turin. "Yuventus" stadionu

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right