"Qəbələ"nin keçmiş futbolçusuna cinayət işi açıldı

“Qəbələ” və “İnter”in (Bakı) keçmiş futbolçusu Nika Kvekveskiri Polşada həbs olunub.

 

Newsport.az-ın məlumatına görə, “Lex”də çıxış edən gürcüstanlı yarımmüdafiəçi sərxoş vəziyyətdə avtomobil sürüb. Buna görə də 29 yaşlı oyunçu ilə bağlı cinayət işi açılıb.

 

Kvekveskiri 2015-16 mövsümündə “İnter”də, 2016-17 mövsümündə isə “Qəbələ”də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right