Tibo Kurtua: İtaliya ilə oyuna çıxmasaq da, olar

Futbol üzrə Belçika millisinin qapıçısı Tibo Kurtua UEFA Millətlər Liqasının yarımfinalında Fransaya məğlubiyyəti şərh edib. Newsport.az xəbər verir ki, o, bu oyundakı məğlubiyyətə görə çox da üzgün olmadığını bildirib:
 
“Bu turnirdə niyə oynadığımızı bilmədiyim üçün məğlub olduğumuza görə məyus deyiləm. İtaliya ilə 3-cü yer uğrunda oyuna çıxmasaq da, olar”.
 
Qeyd edək ki, Belçika yığması Fransa ilə yarımfinal görüşündə 2:3 hesabıyla uduzub. Bu komanda oktyabrın 10-da İtaliya ilə 3-cü yer uğrunda oyunda üz-üzə gələcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right