Poqba Ronaldoya görə qərarını dəyişdi

"Mançester Yunayted"in futbolçusu Pol Poqba klubdakı gələcəyi ilə bağlı fikrini dəyişib. 

Newsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi artıq "qırmızı şeytanlar"dan ayrılmaq istəmir. O, komandada qalmağı seçib. Poqbanın belə qərar verməsində "Mançester Yunayted"in Kriştiano Ronaldo, Rafael Varan və Ceydon Sanço kimi futbolçuları transfer etməsi də əhəmiyyətli rol oynayıb. Buna görə də fransalı oyunçu klubu ilə yeni müqavilə imzalamağa razılaşıb. Sözləşməyə əsasən, Poqba Premyer Liqanın ən çox maaş alan futbolçularından biri olacaq. Lakin müqavilənin digər detalları açıqlanmayıb. 

Qeyd edək ki, Poqba 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right